Azərbaycanda gömrük ödənişləri internet vasitəsilə aparılacaq

29 Aprel 2011 13:10
Bu barədə APA-ya DGK-nin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev məlumat verib: "Birbaşa sayt vasitəsilə gömrük ödənişlərinin həyata keçirilməsi imkanı yaradılacaq".

İ.Babayev bildirib ki, komitənin rəsmi veb-saytı vasitəsilə indiyədək də bəzi ödənişləri aparmaq mümkün idi, amma bundan sonra bu imkan bütün ödənişlərə aid olacaq.

Hazırda bununla bağlı ölkədəki bank təşkilatları ilə danışıqlar aparılır. Baş İdarə rəisinin sözlərinə görə, bu sistemdən bütün bankların müştəriləri istifadə edə biləcəklər.

Milli.Az