Günel Müsəvi: "Bu səbəbdən, xaricdə yaşadığıma baxmayaraq..."

27 Avqust 2016 11:57

Primetime.az xəbər verir ki, Amerikada yaşayan azərbaycanlı teleaparıcı Günel Musəvi vətənpərvərliyi ilə hər zaman başqalarına örnək olur.

Xaricdə yaşamağına baxmayaraq, dilini, dinini, miliyyətini unutmayan aparıcımızın bu xüsusiyyətləri təqdirəlayiqdir.  İyul ayında ABŞ-da ana olan G.Musəvi ötən gün qızının şəklini İnstagram səhifəsində yayımlayaraq, övladına niyə Azərbaycan adı qoyduğuna belə şərh verib:

"Mən milliyyətçi deyiləm, amma öz mədəniyyətimə və köklərimə çox böyük bağlılığım var. Bu səbəbdən, xaricdə yaşadığıma baxmayaraq, düşünmədən yalnız Azərbaycan mədəniyyətindən gələn ismi qızıma verməyə qərar verdim.

Çoxlarınız qızımın adının nə olduğunu soruşdunuz. Qızıma ana tərəfdən rəhmətlik nənəmin adını verdim, yəni Sevil. İnşallah, adı düşərli olar və nənəm kimi kübar, hörmətli, ağıllı və sevgi dolu biri olar".

Milli.Az