Gənc oğlan həyatına qəsd etdi

29 Aprel 2011 10:23
Salyan rayonunda gənc oğlan özünə qəsd edib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, T.Davudzadə küçəsi 2 ünvanında yaşayan 27 yaşlı Ruhid Novruzov özünü asıb. Mərhumun meyiti evin qapısının çərçivəsindən asılmış vəziyyətdə aşkarlanılb.

Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Xırda ticarətlə məşğul olan R.Novruzov yeni evlənmişdi, azyaşlı uşaq atası idi.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az