Erməni müxalifəti: «Məxməri inqilab başladı!» - VİDEO – FOTOSESSİYA

29 Aprel 2011 10:14
Milli.Az xəbər portalının erməni KİV-nə istinadən verdiyi məlumata görə, mərkəzi küçə ilə yürüş edən müxalifətçilərin mitinqi Yerevan meriyasının icazəsi ilə Azadlıq meydanında baş tutub.
Aksiyada çıxış edən EMK-nin koordinatoru Levon Zurabyan hakimiyyətin repressiyalar və təzyiqlərlə xalqın qarşısını ala bilmədiyini, nəticədə müxalifətin tələblərinə əməl etməyə başladığını bildirib: "Beləliklə, onlar etiraf edib ki, Konqresin gücü ilə hesablaşmalıdırlar. Demək, xalq hadisələrin inkişafını öz əlinə alır, öz taleyinin sahibinə çevrilir. Bu, ölkədə "məxməri inqilab"ın başlanması anlamına gəlir!"

EMK lideri Levon Ter-Petrosyan isə ermənir hökumətinin ölkəyə vurduğu zərərlərdən danışıb. O, Ermənistanın "Minilliyin çağırışı" proqramı çərçivəsində maliyyələşdirilməsinin dayandırıldığını, ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatında Yerevanın sərt tənqid olunduğunu, AŞPA-nın Ermənistan üzrə həmməruzəçilərinin tənqidi açıqlamasını ölkəyə vurulmuş son 3 zərbə adlandırıb.
Ter-Petrosyan hakimiyyətlə dialoq imkanı yarandığını da bildirib: "Dialoq üçün qapı tam olmasa da, yarımçıq açılıb".

Milli.Az