Məşhur kosmetika markalarının adı necə yaranıb?

28 Avqust 2016 13:50

Milli.Az buro247.az-a istinadən dünyanın ən məşhur kosmetika brendlərinin adlarının mənasını və yaranma tarixçəsini təqdim edir.

Lumene - marka Finlandiyada yerləşən gölün şərəfinə adlandırılıb. Şirkətin mərkəzi ofisi də məhz burada yerləşir.

Colgate - 1806-ci ildə şirkət Vilyam Kolqeyt tərəfindən təsis edilib. "Kolqeyt" ispancadan tərcümədə "get və özünü as" deməkdir.

ORLY - şirkətin yaradıcısı Cef Pink markanı həyat yoldaşının şərəfinə adlandırıb.

Menard - şirkətin adı qədim yunan mifologiyasından götürülüb. Menada şənlik və şərab allahı Dionisin həyat yoldaşı olub.

Miraculum - kosmetika istehsalçısı olan şirkət 15 iyul 1924-cü ildə həkim Leon Lyuster tərəfindən yaradılıb. O, insanları daim gənc və gözəl saxlayacaq möcüzəvi məhsul (latıncadan tərcümədə "Miraculum" möcüzə deməkdir) yaratmaq istəyirdi.

Gilette - birdəfəlik təraşın ixtiraçısı Kinq Kemp Jillett şirkəti 50 yaşında qurub.

STYX - kosmetik marka 1975-ci ildən istehsal olunur, onun adı avstriyalı əczaçıların soyadı olan "Stix"dən gəlir.

DOVE - ingilis dilindən tərcümədə "göyərçin" deməkdir.

Schwarzkopf - bu, şirkətin qurucusu, kimyaçı Hans Şvartskopfun soyadıdır.

Bourjois - şirkət 1863-cü ildə Aleksandr Napoleon Burjua tərəfindən yaradılıb.

Garnier - 1904-cü ildə Alfred Qarnye saçlar üçün ilk toniki yaradıb.

Max Factor - karyerasının ilk illərində qurucu Maks Faktor Rusiya İmpertaror teatrlarının aktrisalarını bəzəyirdi. Daha sonra o, Amerika kino sənayesinin mərkəzinə - Los-Ancelesə köçür və burada ilk mağazasını açır.

Revlon - kosmetik marka 1932-ci ildə Çarlz və Cozef Revson qardaşları və kimyaçı Çarlz Lahman tərəfindən yaradılıb. Şirkətin adındakı "L" hərfi kimyaçının şərəfinədir.

PAYOT - həkim Nadin Payo əsl gözəllik resepti yaradıb.

Yves Rosher - şirkətin yaradıcısının adı İv Roşe olub.

Estee Lauder - təsisçi Esti Lauderin şərəfinə adlandırılıb.

Clarins - kosmetik şirkət Kurten-Klarins ailə şirkətində yaranıb. Təsisçi Jak Kurten-Klarins bu cümləni tez-tez təkrarlayardı: "Heç vaxt məhsul satmayın, müştəri qazanın".

BeYu - markanın adı ingiliscə "be yourself" sözünün qısaldılmış versiyasıdır, "özün kimi ol" deməkdir. Şirkətin əsası 1999-cu ildə Almaniyada qoyulub.

Vichy - bu, Fransada termal mənbələri ilə tanınan şəhərdir. Şirkətin təsisçisi bu şəhərə gəldiyi zaman əlindəki yaranın sağalmasını istəyirdi. Onun istəyi reallaşdı. Daha sonra o, müalicəvi sular əsasında kosmetika məhsulları yaratdı.

Milli.Az