Ukraynanın "Eurovision" mahnısı məlum oldu - VİDEO

7 Mart 2010 21:17

Milli.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, "Eurovision" səhnəsində "I Love You" adlı mahnını oxuyacaq. Mahnının müəllifi bəstəkar-müğənni Brendon Stoundur. Bu mahnı Ukraynanın I kanalında tamaşaçıların və həmçinin münsiflər heyətinin səsverməsi nəticəsində seçilib.

"Eurovision"da Vasiliy Lazaroviçi ağ royal arxasında bəstəkar Brendon Stoun özü müşaiyət edəcək.

Xatırladaq ki, Azərbaycan da daxil olmaqla 39 Avropa ölkəsinin qatıldığı "Eurovision-2010" müsabiqəsi mayın 25-dən 29-dək Norveçin paytaxtı Osloda keçiriləcək.

Milli.Az