Aprelin 29-na olan hava proqnozu
29 Aprel 2011 02:00
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Bakıda gecə 7-9°, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 60-70 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 5-10°, gündüz 19-24° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman, çiskin olacaq.
Temperatur gecə 0-4° isti, gündüz 8-13° isti təşkil edəcək.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 4-9°, gündüz 16-21° isti təşkil edəcək.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 3-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 5-10° isti, gündüz 17-22° isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-5° isti, gündüz 10-15° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Milli.Az