Reinkarnasiya məsələsinə İslam dini necə baxır?

28 Avqust 2016 13:20

Buna dini anlamda tənasüx deyirlər. Tənasüx əqidəsi bir çox başqa dinlərdə (hinduizm, caynizm, sintoizm, daosizm və s.) mövcuddur. Tənasüx əqidəsinə görə, ruhun hansı bədənə keçməsi onun əvvəlki bədəndə necə həyat sürdüyündən asılıdır. Yüksək insani dəyərlər əsasında ömür sürmüş şəxslərin ru¬hu yenidən insan bədəni əldə edir. Mənfi xislətli adamlar heyvan və bitki şəklində də dünya həyatına qayıda bilərlər. Çox zaman insanın xasiyyəti, onun ruhunun hansı heyva¬na keçməsini müəyyən edir.

Milli.Az islam.az-a istinadən bildirir ki, tənasüx İslam dinində qətiy inkar edilir (bax: Möminun surəsi, ayə 99-100). İslam əqidəsinə görə, ruh hər şəxsin fərdi xüsusiyyətidir, insanın mahiyyətidir. Ruhun bir bədəndən başqa bədənə keçməsi mümkün deyil. Çünki bu halda həm Allahın ədalətsiz olduğunu, həm də axirət aləminin, qiyamətin, cənnət və cəhənnəmin yoxluğunu qəbul etməliyik. Əgər ruh bir bədəndən baş¬qa bədənə keçərsə, axirətdə ona hansı bə¬dəndəki həyatına görə əvəz veriləcək? Əgər ruhun yaşadığı həyatlardan birinə görə ona cəza verilsə, o biri həyat mərhələlərinə qarşı zülm edilmiş olar. Bu isə ilahi ədalətlə bir araya sığmaz.

Milli.Az