Kofenin qan təzyiqinə aidiyyatı varmı?

28 Aprel 2011 20:11
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, araşdırma kofenin qan təzyiqinə, hipertoniya xəstəliyinə heç bir aidiyyatının olmadığını göstərib.

Xatırladaq ki, uzun illərdir kofenin qan təzyiqinin sabitliyini pozduğuna dair fikirlər var idi. Amerikalı alimlər bunun əslində cəfəngiyyat olduğunu sübut edib. Onlar hətta bu içkinin hipertoniya xəstəliyinin qarşısını az da olsa, ala biləcəyini müəyyənləşdirib.

Alimlər bu yeniliyi 33 il ərzində 172 mindən artıq kofe həvəskarı arasında aparılan araşdırma nəticəsində üzə çıxarıblar.

Milli.Az