Eyni komandanın iki legioneri yumruq davasına çıxdı – FOTO
28 Aprel 2011 14:56
Almaniya Bundesliqasında çıxış edən "Ştutqart" komandasının iki oyunçusu dalaşıb. Klubun turnir cədvəlinin sonlarında qərarlaşması və yüksək liqanı tərk etmək təhlükəsi yaşayamasının gərginliyi oyunçulara da sirayət edib.
Dünənki məşqdə "Ştutqart"ın rumıniyalı hücumçusu Marika ilə Fil Dişi Sahilindən olan oyunçusu Boka arasında dava düşüb. Yumruq və təpik davasına çıxan legionerləri bir-birindən komanda yoldaşları çətinliklə ayırıblar.
Milli.Az





