Kişi qısaqol köynəkdə və qısa şalvarda namaz qıla bilərmi?

25 Avqust 2016 20:15

Şəriətə görə, namaz zamanı geyim üçün vacib olan hədd nəzərdə tutulmuşdur ki, bu həddi qorumadıqda namaz batil olur. Kişilər üçün vacib olan - namaz zamanı bədənin övrət yerlərini örtməkdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, yəni bədənin göbəklə diz arasında qalan hissəsi mütləq örtülməlidir. Üzürlü səbəb (məsələn, paltarın oğrulanması) olmadan, övrət yerini ötrməmək namazı batil edər. Lakin aydın məsələdir ki, namaz möminin meracı və Allahla söhbəti sayıldığı üçün möminin libası da buna layiq olmalıdır. Özümüzdən yaşca böyük insanlarla və əks cins nümayəndələri ilə ünsiyyət zamanı qısa şalvar geyinmək yüngüllük və hörmətsizlik sayılırsa, Allahla ünsiyyətdə bu qaydaya daha ciddi riayət etməyimiz doğru olar. Qısaqol köynək geyinmək namaza maneçilik törətməz.

Milli.Az