İran parlamenti Əhmədinejadı devirmək qərarına gəlib?
28 Aprel 2011 13:24
Milli.Az xəbər portalının "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, ölkə parlamenti prezident Mahmud Əhmədinejada impiçment elan etmək haqda düşünür. Parlamentarilərin prezidenti devirmək qərarına gəlməsinin səbəbi kimi onunla dini lider əyatollah Xamenei arasında yaranmış fikir ayrılığı göstərilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Əhmədinejad kəşfiyyat naziri Heydər Moslehini istefaya göndərsə də, dini lider onu vəzifəsinə bərpa edib.
Bu günlərdə isə İran KİV-i prezidentin bir neçə gündür işə çıxmadığına, guya onun istefa vermək haqda düşündüyünə dair məlumatlar yayıb.
Milli.Az
Mahmud Əhmədinejad istefa verməyə hazırlaşır?
Əhmədinejad daxili işlər nazirinin istefasını tələb edir