“Zərifə Əliyeva - ana, qadın, alim” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb

28 Aprel 2011 12:46
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Zərifə Əliyeva - ana, qadın, alim" mövzusunda müsabiqəyə yekun vurulub. Aprelin 28-də YAP Xətai rayon təşkilatının qərargahında görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın əziz və unudulmaz xatirəsinə həsr olunmuş bu müsabiqənin qalibləri mükafatlandırılıblar.

Tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, təhsil nazirinin müavini İradə Hüseynova, Milli Məclisin deputatı Hüseynbala Mirələmov Zərifə xanım Əliyevanın mənalı ömür yolundan söhbət açıblar.

Müsabiqədə Xətai rayonu məktəblərinin şagirdləri iştirak ediblər. Təşkilat komitəsinə 35 iş daxil olub ki, münsiflər heyəti bunlardan üçünü seçib. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Milli.Az