Nənə azyaşlı nəvələri ilə birlikdə dəm qazından zəhərləndi
28 Aprel 2011 12:50
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Kəpəz rayon sakinləri Cəmilə Qurbanova, nəvələri 13 yaşlı Cəmilə İsmayılzadə və 7 yaşlı Faiq İsmayılzadə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin müdaxiləsi nəticəsində onların həyatını xilas etmək mümkün olub.
Milli.Az