Bakının mərkəzində yerləşən uşaq evində yanğın olub

28 Aprel 2011 12:01
Bakının mərkəzində yerləşən uşaq bağçasında yanğın olub. Milli.Az xəbər portalının məlumatına görə, yanğın hadisəsi aprelin 27-də Nəsimi rayonu ərazisində yerləşən 75 saylı "Aygün" Uşaq Evində meydana gəlib. Hadisə yerinə yanğısondürənlər gəlib. Yanğının qarşısı qısa zamanda alınıb.

Uşaq evindən Milli.Az xəbər portalına bildirildi ki, yanğın səhər saat 08:00 radələrində qeydə alındığından bağçada uşaq olmayıb. Yanğına isə elektirik qutusunda baş vermiş qısaqapanma səbəb olub. Problem artıq aradan qaldırılıb, uşaqlar artıq bağçaya gəlir.

Anar
Milli.Az