Ərdoğandan müxalifət liderinə cavab: “Mənim sənin anana hörmətim var”
28 Aprel 2011 10:50
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Zonquldaqdakı mitinqdə özünü baş nazirə söyməkdən çətinliklə saxlayan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna cavab verib. Milli.Az xəbər portalının "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir bildirib ki, müxalifətin gördüyü ən yaxşı iş söyüş işlətməkdir. "Kılıçdaroğlu, mənim sənin anana hörmətim var. Təşəkkür edirəm", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlu seçki kampaniyası çərçivəsində keçirdiyi mitinqlərdən birində ölkə baş nazirinin ünvanına ağır sözlər işlədib. O, Zonquldaq vilayətində keçirdiyi mitinqdə baş nazir Rəcəb Tayyib Ərdoğana müraciət edərək "məni korrupsiya ilə anma (xatırlama). Anarsan ananı... ana... ana... yox dalını deməyim" - deyib. Mitinqə televiziyada baxan bir çox tamaşaçı CHP liderinin bu sözünü dil dolaşması hesab etsə də, Kılıçdaroğlu bu sözü qəsdən dediyini etiraf edib.
Milli.Az
Uyğun link:
Müxalifət lideri söyüşdən özünü güclə saxladı - VİDEO