Kokos südünün faydaları - ARAŞDIRMA

23 Avqust 2016 07:51

Kokos südü Asiya ölkələrində çox məşhurdur. Bu südü əldə etmək üçün kokos meyvəsini qaynar su ilə əzmək lazımdır.

Kokos südünün tərkibində kalium, dəmir və fosfor vardır və kokosun içində olan sudan fərqli olaraq kokosun südü yağlar və turşularla zəngindir.
Kokos südü anti-oksindantdır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, tərkibində laurin turşusu vardır ki, insan bədəni üçün çox faydalıdır. İnsan bu südü içən zaman həmin maddə qaraciyərdə monolaurin maddəsinə çevrilər ki, bu maddə də viruslarla mübarizə aparar. Bu maddə C hepatiti, QİÇS xəstəliyi ilə mübarizə aparmaq qabiliyyətinə malikdir.
 
Kokos südü streslə mübarizə aparır.
Kokos südündə maqnezium maddəsi vardır ki, qan damarlarını genişləndirər və yüksək qan təzyiqini aşağı salar. Bundan başqa maqnezium maddəsi əsəbləri sakitləşdirər və streslə mübarizə aparar.
 
Kokos südü sümükləri bərkidər.
Kokos südündə kalsium olduğu kimi, fosfor da çoxdur. Belə ki, bir fincan kokos südünün tərkibində 240 milliqram fosfor vardır. Bu maddə sümükləri bərkidər.
 
Kokos südü çəkini kontrol edər.
Kokos südü tərkibində olan yağlara görə insana uzun müddət toxluq hissi verər və həmçinin maddələr mübadiləsini gücləndirər.
 
Kokos südü dəriyə rütubət verər.
Kokos südü dərini rütubətləndirmək üçün faydalı içəcəkdir. Tərkibində olan yağlar dərinin rütubətini qoruyar və həmçinin bu meyvənin nazik qabığını üzünüzə sürtüb, 15 dəqiqə saxlaya bilərsiniz.
 
Kokos südü qocalığı gecikdirər.
Kokos südünün tərkibində vitaminlər və anti-oksidantlar olduğu üçün, qocalığı dəridən qovar. Tərkibində olan C vitamini dəridəki damarları açar və qocalığı gecikdirər.
 
Kokos südü saçlarınızı gözəl edər.
Kokos südündə olan yağlar saçların gözəlliyini təmin edər. Bu süddən bir qədər götürüb saçınıza sürtün və massaj edin. Sonra saçlarınızı bir dəsmalla sarıyıb, bir saat gözləyin. Saçınızı yuyun və bu yolla sınmış və solmuş saçlarınızın gözəlliyini qaytara bilərsiniz.
Kokos südünün hazırlanma yolu: süzgəcdən keçirilmiş iki stəkan kokos meyvəsinin üzərinə iki stəkan qaynar su tökün. Soyudub süzün. Sonra onu təmiz bir şüşəyə töküb istifadə edin. Bu süddən üç gün ərzində istifadə edə bilərsiniz.

Milli.Az