Arıqlayıb, iki dəfə kiçilmək olarmı? - FOTO

29 Aprel 2011 06:34
Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, Böyük Britaniyanın Staffordşir səmtindəki Ruqli şəhərinin sakini Natali Rounun bədən ölçüləri iki dəfə kiçilib.

Mədəsində yara tapılandan sonra cərrahiyyə əməliyyatına məruz qalan Rounun dediyinə görə, həkimlər ona ciddi pəhriz saxlamağı tapşırandan sonra arıqlamağa başlayıb.

Beləcə, bir vaxtlar çox kök olan Natali indi incə və zərif xanıma çevrilib.

Daha doğrusu, onun bədən ölçüləri iki dəfə kiçilib.

Milli.Az