Nəhəng ayılara yaxından baxış - FOTO
29 Aprel 2011 02:31
Onlar ağırlığı ən azı 500 kq olan, dünyanın ən böyük və qorxulu yırtıcılarından biridir. ABŞ-da yaşayan qrizli ayıları sinirlənəndə qarşısına çıxanı parçalamağa çalışırlar.
Milli.Az xəbər verir ki, Alyaska ştatında yaşayan bu ayılardan qorxmayan 50 yaşlı fotoqraf Pol Saunders qrizliləri yaxından çəkib. Hətta bəzi kadrları əldə etmək üçün fotoqrafla ayı arasında cəmi 12 sm məsafə olub.
"Fotoların çoxunu çəkəndə çox əziyyət çəkdim. Bəzən qorxurdum. Amma canımı dişimə tutub ayıları lap yaxından çəkdim", - Saunder deyib.
Milli.Az






