Qadın internetdə necə kişi oldu? - VİDEO-FOTO

28 Aprel 2011 17:14
Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, Pola Bonhomm internet fırıldaqçısının qurbanı olub. O, virtual məkanda tanış olduğu adamın bank hesablarına 10 min dollar köçürəndən xeyli sonra anlayıb ki, yalan qurbanı olub.

Pola Bonhomm "Deadwood" teleserialının çatında 2005-ci ildə Cessi Cubili Ceyms adlı "yanğınsöndürən"lə tanış olub.

Onlar sürəkli yazışıblar və günlərin birində Pola Bonhomm ərindən boşanaraq sevgilisinin yanına yollanmağa qərar verib. Lakin bunu sevgilisi Cubiliyə yazanda bəlli olub ki, Cessi 2006-cı ildə mədə xərçəngindən dünyasını dəyişib.

Bonhemmin dostları onun "yanğınsöndürən" sevgilisinin kimliyi ilə maraqlanaraq araşdırma aparıblar. Bu "qəhrəman"ın əslində Çikaqoda yaşayan orta yaşlı Janna Sent-Ceyms adlı qadın olduğu üzə çıxıb.

Bunlan sonra Bonhomm İllinoys ştatındakı Keyn qraflığının məhkəməsinə müraciət etsə də, onun iddia ərizəsi 2009-cu ilin dekabrında qəbul edilməyib. Hakimlərin fikrincə, internetdəki virtual "eşq" fırıldaqçılıq yox, fantastik uydurma və ya yaradıcılığın bir növüdür.

Fəqət Bonhommun sonradan müraciət etdiyi apellyasiya məhkəməsi qadının heç zaman görmədiyi virtual sevgilisi naminə ərindən boşanaraq Los-Ancelesdəki evindən çıxdığını və sevgilisinin yanına, Koloradoya yollanmaq istədiyini nəzərə alıb.

Sent-Ceyms isə telefon danışıqları zamanı xüsusi qurğu vasitəsilə səsini kişi səsinə bənzədib, uydurma personajına dostlar, 6 yaşlı oğul və hətta bipolyar pozuntu təki ruhi xəstəlik də fikirləşib.

Sent-Ceyms personajını "öldürəndən" sonra Bonhommla bir müddət "mərhum"un dostları qismində danışıb.

Milli.Az