"Seksi!" oxuyan müğənni indi "əsl ev xanımı" olub - VİDEO-FOTO
28 Aprel 2011 14:06
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, "Liberty X" pop-qrupunun sabiq solisti Mişel Hiton indi bir qədər "sakitləşib". "Just A Little" mahnısındakı "Seksi!" nəqəratı ilə tanınan və hər yerdə "Seksi" ləqəbi ilə məşhurlaşan Mişelin dediyinə görə, indi əsl ev xanımı olub.
Dəislovluğu, gecə həyatına vurğunluğu, şou-biznes dünyasında ekstravaqant davranışı ilə seçilən Hiton Las-Veqas çimərliyində əri, iş adamı Hyu Hanli ilə birlikdədir.
Çılğınlığından əsər-əlamət qalmadığını deyən müğənninin sözlərinə görə, gecələr əylənib gündüzlər günortaya qədər yatmaq dönəmi bitib.
"İndi hər səhər 6.30-da yuxudan ayılırıq, idman edirik və günümüzə başlayırıq. Erkən ayılanla erkən davrananın uduzmadığı barədə deyimin nə qədər həqiqət olduğunu indi anlayıram. Üstəlik, ailə həyatı mənə ləzzət verir. Hyu ilə pəhriz də saxlayır, izafi kiloqramlardan qurtulmağa çalışırıq", - Hiton deyib.