Şirvan xəstəxanasının baş həkimi və onun həyat yoldaşı həlak olub

28 Aprel 2011 09:36
Bu barədə APA-yaBDYP-dən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün saat 19.00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Qızılburun ərazisində Şirvan şəhər xəstəxanasının baş həkimi Murad Salmanov idarə etdiyi "Hyundai" markalı avtomobillə TİR yük avtomobili toqquşub. Nəticədə baş həkim 1965-ci il təvəllüdlü Murad Sabir oğlu Salmanov və avtomobildə olan onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Salmanova Kəmalə Zabil qızı hadisə yerində keçiniblər.

Faktla bağlı BDYP araşdırma aparır.

Milli.Az