Obama doğum sənədini açıqlayıb
28 Aprel 2011 00:23
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Obama bundan öncə də Havayda doğulduğunu təsdiq edən rəsmi doğum haqqında şəhadətnaməsini açıqlamışdı.
Amma bəzi tənqidçiləriObamanın əslində atasının doğma vətəni olan Kenyada doğulduğunu və bununla da, onun ABŞ prezidenti olmasının qanunsuz olduğunu iddia edirdilər.
Bu yaxınlarda isə respublikaçı namizəd Donald Trump bu şaiyələri yenidən dilə gətirib.
"Prezident inanır ki, doğum haqqında şəhadətnaməsilə bağlı qarışıqlıq ölkə üçün yaxşı deyil", Ağ Evin sözçüsü Dan Pfeiffer öz bəyanatında belə deyib.
"Bu, siyasət və televiziya üçün yaxşı material ola bilər, amma Amerika xalqı üçün yaxşı deyil və bizim bir ölkə olaraq üzləşdiyimiz bir çox problemlərdən diqqəti yayındırır" - bəyanatda deyilir.
Doğum haqqında konspirasiyalar Obamanın Kenya və yaxud uşaqlığını keçirdiyi İndoneziyada doğulduğunu iddia edirdi.
2008-ci ildə prezident seçkilərinı kampaniya zamanı cənab Obama doğum haqqında şəhadətnamə məlumatını kompüterdən çap etdirərək yaymışdı. Havay dövlət səhiyyə rəsmiləri bu məlumatların həqiqət olduğunu təsdiqləmişdi.
Bu gün isə Ağ Ev doğum haqqında şəhadətnamənin orijinalının surətini çap etdirib. Sənədin üzərində onun Vavay rəsmilərin bazar ertəsi alındığını təsdiqləyən möhür var.
Milli.Az