Ermənilər yazılı abidələrimizi məhv edir

27 Aprel 2011 21:59
"Laçında qeyri-qanuni məskunlaşmış ermənilər rayon ərazisində qədim dövrə aid əşyalar aşkarlayıb. Bu əşyalar İrəvandakı müzeyə göndərilib". Fakti şərh edən Azərbaycan arxeoloqlari bəyan edir ki, ermənilər heç vaxt yaşamadıqları və işğal etdikləri rayonların tarixini dəyişdirir, maddi mədəniyyət nümunələrini məhv edirlər.

ANSPRESS-in məlumatına görə, bu sözləri Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli deyib. Onun sözlərinə görə, İslam dövrünə aid abidələr var ki, üzərində müsəlman epiqrafiyası ilə yazılar olduğundan ermənilər onları dağıdırlar: "Bunları erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi qələmə vermək mümkün deyil. Çünki onlar yazılı abidələrdir. Həmin abidələri ermənilər vəhşicəsinə dağıdırlar. Bunlar qəbirüstü abidələrdir, türbələrdir, məscidldərdir. Arxeoloji abidələrə gəldikdə, bu abidələr də erməni abidəsi kimi qələmə verirlər", - deyə direktor müavini əlavə edib.

Milli.Az