Dövlət Bayrağı Meydanına rəis təyin edilib
27 Aprel 2011 20:04
Azərbaycan Prezidenti Dövlət Bayrağı Meydanına rəis təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşad Rəfael oğlu Məmmədov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib.
AzərTAc