Nihat Kahveçi: “Bundan sonra Türkiyədə forma geyinməyəcəm”

27 Aprel 2011 18:56
Futbol üzrə Türkiyə millisinin və "Beşiktaş" klubunun oyunçusu Nihat Kahveçi bazar ertəsi "Konyaspor" komandası ilə qarşılma zamanı, eləcə də oyundan sonra baş verənlərlə bağlı NTV telekanalının suallarını cavablandırıb. Oyun zamanı komanda yoldaşı Quarejma, qarşılaşmadan sonra isə jurnalist Turqay Demirlə mübahisə edən təcrübəli futbolçu baş verənlərə təəssüfləndiyini bildirib. Bundan sonra Türkiyədə forma geyinməyəcəyini bəyan edən Nihat Kahveçi deyib ki, əgər "Beşiktaş"ın rəhbərliyi onunla müqaviləni pozmaq istəsə, buna mane olmayacaq. Nihat Kahveçi futbol mövsümü başlayandan bu yana mətbuatda onun aldığı məvacibin müzakirə mövzusuna çevrilməsinə etirazını da bildirib.

Milli.Az

Uyğun link:
Millinin oyunçusu jurnalistə yumruq atdı - FOTO