"Qarabağ"da çətin oyun öncəsi ağır itki

27 Aprel 2011 18:26
Ağdamın "Qarabağ" klubu "Bakı" ilə oyun öncəsi ciddi itkiylə üzləşib. Milli.Az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin kapitanı, "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun topuğunda kəskin ağrı yaranıb.

Artıq müayinə olunmaq üçün 28 yaşlı müdafiəçi Türkiyəyə yola düşüb. Daha öncələr aldığı köhnə zədənin yenidən özünü göstərməsi Rəşadı belə addım atmağa vadar edib. Qardaş ölkədə müayinə olunacaq Sadıqovun durumuna İstanbulda aydınlıq gələcək. Bu səbəbdən müdafiəçinin qarşıdan gələn "Bakı" ilə oyunda iştirak sual altındadır.

Gülər A.
Milli.Az