Kadir Doğulunun yeni serialı başlayır - VİDEO

20 Avqust 2016 15:30

"Ay Yapım"ın "Bana sevmeyi anlat" serialının yeni fraqmenti yayılıb.

Axşam.az-ın məlumatına görə, ekran işi avqustun 26-da Fox TV-də başlayacaq.

Serialın baş rollarında Kadir Doğulu, Seda Bakan, Mustafa Üstündağ, Dolunay Soysert çəkiliblər.

Layihənin rejissoru daha əvvəl "Yaprak Dökümü", "Menekşe ile Halil", "İntikam" kimi seriallarla sözünü deyən Mesuda Erarslandır. 

Ssenari isə "Küçük kadınlar", "Ömre bedel" layihələri ilə uğur qazanan Deniz Akçaya həvalə edilib.

Videonu izləmək üçün şəklə klikləyin:

Kadir Doğulunun yeni serialı başlayır

Milli.Az