450 nəfərin öldürüldüyü "qorxunc yuxu" - FOTO
27 Aprel 2011 19:02
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, Suriyada hakimiyyət əleyhinə etirazlar başlayan gündən bəri polis və hərbçilərlə toqquşmalarda 450 vətəndaş həlak olub.
Suriyanın təhlükəsizlik qüvvələri tanklardan istifadə edərək Dəraa şəhərində etiraz nümayişlərini yatırtmaqla məşğuldur. Bu şəhər Suriya müxalifətinin mərkəzi sayılır.
"Orada baş verənlər barədə bildiklərimiz dəhşətlidir. Bilmədiklərimiz isə düşünürəm ki, qorxunc yuxuya bənzəyir", - suriyalı hüquq müdafiəçisi Vissam Tarif deyib.
Suriyada hökumət əleyhinə çıxışlar martda bir dəstə məktəblinin divarlara prezident Bəşər Əsədə qarşı yönəlmiş şüarlar yazmaları ilə başlanıb.
Milli.Az











