Prezident İlham Əliyev bp şirkətinin icraçı direktorunu qəbul edib - FOTO

27 Aprel 2011 18:04
AzərTAc dövlət agentliyinin məlumatına görə, görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər uğurlu əməkdaşlıq həyata keçirildiyi vurğulanıb. bp şirkətinin icraçı direktoru Robert Dadli icrada olan layihələr üzrə işlərin gedişi barədə Azərbaycan Prezidentinə məlumat verib.

Görüşdə, həmçinin əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az



FOTO: AzərTAc