Supermodelin qolundakı gözəl yoxa çıxır - FOTO
27 Aprel 2011 22:33
Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, məşhur suparmodel və aktrisa Meqan Foksun sağ qolunda Merilin Monronun döymə şəkli vardı. Lakin indi həmin şəkil tədricən yoxa çıxır.
24 yaşlı Meqanın dediyinə görə, əfsanəvi Merilin Monronun tatuaj rəsminin sağ qolundan "yoxa çıxması" lazer şüası ilə əməliyyatın nəticəsidir.
"Qolumdakı bu rəsmi ümumiyyətlə, yox etmək istəyirəm. Lazer generasiyası əməliyyatı hələ davam edir və bir neçə kursdan sqonra tatuajın tamamilə yox olacağını düşünürəm", - Foks deyib.
O, qolundakı Monro tatuajını yox etmək istəyinin səbəblərini açıqlamayıb.
Milli.Az




