Milli.Az-da "Həftəsonu qiraət": Məhəbbəti ağacdan öyrən

6 Mart 2010 17:26
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) [email protected] ünvanına göndərməyə dəvət edirik.
Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində yerləşdiriləcək.


Zəhra

Unudacam sənlə bağlı xatirələri,
Sənsiz olan həyata inanacağam.
Bilirəm, bir gün sən də xatirə əsəri olacaqsan
O gün ümidiylə həyatımı yaşayacağam...

***

Hə, bu əllər sənin əlinin istisini istəyir,
Eşidirsən, bu ürək sadəcə səni istəyir....

***

Məhəbbəti ağacdan öyrən- kölgəsini odunçunun belə üstündən çəkmir...


***

Eşq yalnız bir-birinin yanında olmaq deyil, əzizim. Məndən uzaqda olanda belə məni unutmamaqdır.

***

Səslə məni, göz yaşlarımla dayaq olaram,
Sənin yolunda divanə olaram...
Sadəcə səslə məni, səni tək qoymaram,
Yanında qalan tək kəs mən olaram...

Milli.Az