Şahzadə Uilyamın toyunda… 50 milyon litr pivə içiləcək

27 Aprel 2011 19:50
Milli.Az xəbər portalının İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, yerli KİV toyla bağlı ən müxtəlif hesablamalar və araşdırmalar aparır. Jurnalistlərin hesablamalarına görə, həmin günlər ərzində Londona 1 milyonadək turist üz tutacaq. Yerli əhali ilə yanaşı, onların da sayəsində həmin gün ölkədə nə az, nə çox - düz 50 milyon litr pivə içiləcək.

Toy günü London ərazisində 5 000 zəng eyni vaxtda çalınacaq. Mərasimi 500 polis, 38 it qoruyacaq. Ali qonaqları gəzdirmək üçün 187 atdan istifadə ediləcək. Bukinqem sarayı ətrafına 28 000 zambaq düzüləcək.

Milli.Az