Rəssam Hüseyn Əliyevin 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb

27 Aprel 2011 17:14
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycan xalq rəssamı, 250-dən artıq rəsm əsərinin müəllifi Hüseyn Əliyevin 100 illiyinə həsr olunmuş poçt markası təqdim edib. Milli.Az xəbər portalının nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görkəmli rəssamın fırçası ilə yaradılmış insan obrazları, faktlar və hadisələr ölkə tarixini və bu yolun müxtəlif dövrlərinin həqiqətlərini əks etdirir. Hüseyn Əliyevin ərsəyə gətirdiyi rəsm əsərləri Azərbaycanın mənəvi irsi kimi indiki və gələcək nəsillərə özünəməxsus hədiyyədir.

100 min nüsxəli tirajla buraxılmış markanın nominal dəyəri 60 qəpik təşkil edir.

Milli.Az