Cəbrayıl Həsənov bürünc medal qazandı! - YENİLƏNİB - FOTO

20 Avqust 2016 01:08

20.08.2016

01:08

Bu gün Rio-2016-da sərbəst güləş yarışları keçirilir.

Milli.Az bildirir ki, Cəbrayıl Həsənov (74 kq) bürünc medal uğrunda görüşdə Bekzod Abduraxmonov (Özbəkistan) ilə görüşdü və 9:7 hesabı ilə qalib gəldi.

-----------------

19.08.2016

19:39

Milli.Az bildirir ki, Cəbrayıl Həsənov (74 kq) 1/2-dəki rəqibi Aniuar Geduyevə 4:5 hesabı ilə uduzdu və finala çıxa bilmədi.

----------

18:40

Milli.Az bildirir ki, Cəbrayıl Həsənov (74 kq) 1/4-dəki rəqibi Gürcüstan təmsilçisi Yakob Makaraşviliyə 11-0 hesabı ilə qalib gələrək yarımfinala adladı.  

---------

17:52

Bu gün Rio-2016-da sərbəst güləş yarışları keçirilir.

Milli.Az bildirir ki, millimizin üzvü Cəbrayıl Həsənov (74 kq) 1/8 finalda Karlos Arturo İskuerdo Mendes (Kolumbiya) ilə yarışıb. İdmançımız vaxtından əvvəl 10-0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb. 

Cəbrayılın 1/4-dəki rəqibi Gürcüstan təmsilçisi Yakob Makaraşvili olacaq.

Milli.Az