İstanbulda Bosfor boğazına alternativ yaradılır

27 Aprel 2011 15:16
Milli.Az xəbər portalının "Vzqlyad"a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. İstanbulun Avropa hissəsində yaradılacaq kanal 21-ci əsrin ən nəhəng layihələrindən biri olacaq. Ərdoğanın sözlərinə görə, onun reallaşdırılması dünyanın ən yüklənmiş boğazlarından olan Bosforda nəqliyyat daşımalarının xeyli yüngülləşdirilməsinə imkan verəcək.
Qeyd edək ki, Bosfor boğazı vasitəsilə hər il təxminən 150 milyon ton neft daşınır.

Milli.Az