«Nokia» 4 min işçisini ixtisar edir

27 Aprel 2011 15:44
Milli.Az xəbər portalının "Reuters"ə istinadən verdiyi məlumata görə, şirkət 4 min əməkdaşını ixtisar edəcək. "Nokia" rəhbərliyi hesab edir ki, bu, şirkətə təxminən 1,5 milyard dollara qənaət etmək imkanı verəcək.
İxtisarlar əsasən "Nokia"nın Böyük Britaniya, Finlandiya və Danimarkadakı nümayəndəliklərində aparılacaq.

Milli.Az