Pentaqon: Qəzzafi NATO-nun qanuni hədəfidir
27 Aprel 2011 14:15
Milli.Az xəbər portalının "Associated Press"ə istinadən verdiyi məlumata görə, bunu Pentaqon rəhbəri Robert Qeyts britaniyalı həmkarı Liam Foks ilə keçirdiyi görüşdən sonra bəyan edib. Nazirlər deyib ki, Qəzzafinin ordusuna komandanlığı həyata keçirdiyi obyektlər koalisiya qüvvələrinin hədəfindədir. "Hazırda onları hədəf götürməmişik. Amma BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən, onları qanuni hədəflərimiz sayırıq", - deyə Qeyts qeyd edib.
Milli.Az