Azərbaycanda qondarma “erməni soyqırımı” ilə bağlı sayt yaradılıb

27 Aprel 2011 14:40
"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi "Mənim Qarabağım, Mənim Azərbaycanım!" layihəsi çərçivəsində qondarma "erməni soyqırımının" əsl həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə www.truthaboutgenocide.wordpress.com sayt/bloqu istifadəyə verib. Birlikdən Milli.Az xəbər portalına daxil olan məlumata görə, bloq 5 dildə (ingilis, alman, fransız, rus və türk) fəaliyyət göstərir. Burada istifadəçilər qondarma "soyqırım"la bağlı müxtəlif dillərə tərcümə olunmuş sənəd, video və foto materiallarla tanış olmaq imkanı əldə edə bilərlər.

Qeyd edək ki, İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edib. Bugünə qədər artıq Xocalı, Şuşa, Laçın, AğdərəAğdam, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər rayonları haqqında və 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş  sayt/bloqlar istifadəyə verilib.

Milli.Az