Əhmədinejad daxili işlər nazirinin istefasını tələb edir

27 Aprel 2011 12:27
Milli.Az xəbər portalının İran KİV-nə istinadən verdiyi məlumata görə, nazir prezidentin ona təklif etdiyi alternativ vəzifələrdən heç birini bəyənməyib və bu üzdən hələ ki öz postunda qalır.
Qeyd edək ki, Məhəmməd Nacar İranın dini lideri Əyatollah Xameneiyə yaxın şəxslərdən sayılır. Son zamanlar dini liderlə Əhmədinejad arasında münasibətlərin pozulduğuna dair məlumatlar isə səngimir.

Milli.Az