Bakıda 3 qardaş birləşərək hansı cinayətə əl atdı?
27 Aprel 2011 12:23
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, Quba rayon sakini Elgün Ağayev, Ağstafa rayon sakinləri Ramin Rüstəmov və Emin Məmişov aprelin 26-da naməlum şəxslərin hücumuna məruz qalıblar.
Naməlum şəxslər onları döyüb və E.Məmişovun 600 manatını alıb. Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri İlkin Qasımov, qardaşları Elçin və Tural tutulub.
Milli.Az