Hacıqabulda qəza: 1ölü, 1 yaralı
27 Aprel 2011 12:15
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, avtoqəza aprelin 26-da saat 19:00 radələrində Pirsaat kəndi ərazisində qeydə alınıb.
Yol qəzasında Bakı şəhər sakinləri Akif İsrafilovun idarə etdiyi "Opel-Astra" markalı və Xələf Mikayılovun idarə etdiyi "VAZ-2121" markalı avtomobillər toqquşub. Nəticədə A.İsrafilovun sərnişinlərindən Gürcüstan vətəndaşları Nizami Qurbanov hadisə yerində ölüb, Elimxan İsrafilov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az