Acun Ilıcalı: "Mən həm Gülənçiyəm, həm mason..." - VİDEO

18 Avqust 2016 13:02

"Hürriyyət" qəzetinin köşə yazarı Əhməd Hakan məşhur prodüser Acun Ilıcalının da FETÖ üzvü olduğunu iddia edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Əhməd Hakan Ilıcalının layihələrində iştirak edən bir neçə nəfərin həbs olunmasını diqqətə çatdırıb.
 
"Acun Ilıcalının layihələrində, verilişlərində iştirak edənlərdən daha bir nəfər FETÖ ittihamı ilə saxlanılıb. FETÖ-ya görə nə qədər şirkət bağlandı, imtahanların nəticələri ləğv olundu... Bəs nəyə görə ətrafında bu qədər FETÖ-çu olan Acun İlıcalı həbs olunmur?" - məşhur köşə yazarı Əhməd Hakan son yazısında bildirib.
 
Qeyd edək ki, Türkiyə mətbuatında dəfələrlə Acun İlıcalının FETÖ-çu və ya mason olması ilə bağlı xəbərlər yayımlanıb. Məşhur prodüser daha əvvəl verdiyi açıqlamada nə masonlarla, nə də Fətullah Gülənlə əlaqəsi olduğunu deyib. 

Milli.Az