Tbilisidə ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirlərinin görüşü keçiriləcək

27 Aprel 2011 12:11
Tbilisidə ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirlərinin görüşü keçiriləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. "Biz regiondakı səfirliklərin fəaliyyətinin bütün aspektlərini müzakirə etmək fikrindəyik", -Brayza deyib.

O qeyd edib ki, Tbilisidə səfirlər regional təhlükəsizliyin təmin olunması, iqtisadi əlaqələrin inkişafı və digər məsələlərlə bağlı səylərinin əlaqələndirilməsi məsələlərini müzakirə edəcəklər.

Belə görüşlər ənənəvi xarakter daşıyır.

Qeyd edək ki, bundan əvvəl Metyu Brayza ABŞ dövlət katibinin köməkçisinin müşaviri olub.

Milli.Az