Ötən il CAR-dan Azərbaycana 17,7 milyon dollar dəyərində hərbi məhsul ixrac edilib

27 Aprel 2011 15:32
Ötən il Cənubi Afrika Respublikası (CAR) Azərbaycana 17 674 395 ABŞ dolları (119 119 764 CAR randı) dəyərində hərbi məhsul ixrac edib. Bu barədə CAR-ın Adi Silahlanmaya Milli Nəzarət Komitəsi (NCACC) məlumat yayıb.

CAR-ın 2010-cu ildə Azərbaycana hansı məhsulları ixrac etməsi barədə məlumatlar isə açıqlanmayıb.

2009-cu ildə isə CAR şirkətləri tərəfindən Azərbaycana 22 515 775 dollar dəyərində ixracat gerçəkləşdirilib. 2009-cu ildə CAR-dan, əsasən, Azərbaycana "Paramount Group" şirkəti tərəfindən 10 ədəd "Marauder" tipli zirehli personal daşıyıcı satılıb.

APA