Türkiyədə məşhurlaşan azərbaycanlı dayə bu həftə ərə gedir - VİDEO
27 Aprel 2011 12:19
Tanınmış aktrisa Nurgül Yeşilçayla münaqişəsi ilə Türkiyə mətbuatının gündəmində olan azərbaycanlı dayə İlahə Cəbrayılova ATV telekanalında Esra Erolun "Evlen benimle" proqramına telefonla qatılıb. O, uşağının dayəsi olduğu Nurgül Yeşilçayla aralarındakı münaqişə barədə danışmaq istəməyib. İlhahə Cəbrayılova deyib ki, hazırda Kayseri şəhərindədir və nikah hazırlıqları ilə məşğuldur. O, "Evlen benimle" proqramında tanış olduğu kişi ilə cümə günü ailə quracaq.
O, söz verib ki, cümə axşamı studiyaya gələrək, Nurgül Yeşilçayla aralarındakı münaqişəyə nöqtə qoyacaq.