Qvardiola: «Mourinyo pozğundur!»
27 Aprel 2011 11:37
Milli.Az xəbər portalının İspaniya KİV-nə istinadən verdiyi məlumata görə, bu gün Çempionlar liqasının yarımfinalında qarşılaşacaq 2 klubun baş məşqçilərinin söz atışmasına Mourinyo səbəb olub. O, Qvardiolanın bəzi qarşılaşmaları hakimlərin hesabına qazandığını söyləyib. Buna "Barsa"nın baş məşqçisi sərt cavab verib: "Joze, sən kimsən axı? Oyun vaxtı meydanda görüşərik. O, meydandan kənarda danışmağı xoşlayır. "Barselona" isə meydanda qələbə qazanır. Mourinyo pozğundur! Mən onun baş məşqçliyini bəyənirəm. Meydandan kənarda isə o, sadəcə özünü iyrənc aparır".
Milli.Az