Yeni tədris ilinin başlanmasına 1 aydan da az vaxt qalıb. Uşaqlar 3 aylıq tətildən sonra məktəbə, valideynlər isə məktəb üçün alış-verişə hazırlaşırlar. Bəs şagird ləvazimatları satılan mağazalarda Bakı Tikiş Evinin təqdim etdiyi məktəbli formaları neçəyədir?
Milli.Az bildirir ki, modern.az məsələ ilə bağlı araşdırma aparıb.
Mağaza satıcısı Bəsti Aslanovanın sözlərinə görə, əvvəlki illərlə müqayisədə alıcılıq qabiliyyəti çox aşağıdır.
"Ötən ilin fevral ayında baş verən devalvasiyadan sonra satışda azalma baş verdi. Ancaq bu il daha da pis oldu. Mağazaya gələn müştərilər qiymətlərlə maraqlanırlar və kor-peşman geri qayıdırlar. Əvvəllər avqust ayının 1-dən valideynlər məktəbli üçün alış-veriş edirdilər. İndi avqustun ortalarıdır, məktəbin açılmasına 1 aydan da az vaxt qalıb, amma demək olar ki, gələn yoxdur. Keçən ilə qədər keyfiyyətli ləvazimatlara daha çox üstünlük verilirdi. Amma sonradan qənaət etmək üçün ucuz və kiçik ləvazimatlar alırlar ki, digər ləvazimatlara da pulları çatsın. Elə biri mən, 300 manat maaş alıram, bunun da bir qismi yolpulu, yeməkpulu və digər xərclər üçündür. Yoldaşım da ustadır, iş olanda işləyir. İkimizin birlikdə evə apardığımız məbləğ 500-600 manat olur. 2 uşağımız var, ikisinin birlikdə məktəb xərci ən azı 250 manat edir. Hələ məktəb başlayandan sonra əlavə xərclər də ortaya çıxır. Məcbur olub borc alıb, zorla yola veririk".
Alıcı Mikayıl İsmayılov bildirib ki, indiki dövrdə Azərbaycanda nəinki uşaq oxutmaq, hətta yaşamaq da çətindir. "Maaşı ayın əvvəli alıram, ona görə də gəldim indidən qiymətləri müəyyənləşdirim. Qiymətlər çox bahadır, 2 uşaq atasıyam. Uşaqların məktəb alış-verişi ən az 300 manata başa gələcək. Bu alış-veriş təkcə kitab-dəftərlə bitmir. Məktəbli forması, ayaqqabı da almalıyıq. Xərclər bununla bitsə nə vardı.... Dərslər başlayandan sonra hər gün uşaqlara yeməkpulu verilməlidir, testlər və əlavə kitablar alınmalıdır. Bunları nəzərə alanda kredit götürməyi fikirləşirəm. Çünki nə qədər hesablayıram, ortaya bir şey çıxmır".
Digər valideyn Nəzrin Abdullayeva deyir, hələ maaşı almadığından qiymətlərlə maraqlanmayıb:
"2 uşağım var, biri 5-ci, digəri isə 7-ci sinifdə oxuyur. Sentyabrın 1-dən sonra alış-verişə çıxmağı planlaşdırırıq. Çalışacağıq ki, uşaqlar üçün hər şey alaq. Qiymətlərdə bir az artım var. Keçən il iki uşağa ümumilikdə 280 manat xərcimiz çıxdı. Yəqin ki, bu il daha da artıq olar. Çətinlik olsa da, bu alış-veriş vacibdir".
Məktəb ləvazimatlarının qiymətini təqdim edirik.
Ləvazimatın adı |
Qiyməti (AZN) |
|
Çanta |
15-85 manat arası |
|
Dəftər |
||
12 vərəqli |
15 qəpik (sadə) - 25 qəpik (üstü şəkilli, Rusiya istehsalı) |
|
24 vərəqli |
40 qəpik |
|
48 vərəqli |
60-80 qəpik |
|
60 vərəqli |
80 qəpik |
|
96 vərəqli |
1 manat |
|
Cild (kitab üçün)- |
25-30 qəpik |
|
Cild (dəftər üçün) |
10-20 qəpik |
|
Qələm |
10 qəpikdən 3 manata qədər |
|
Xətkeş |
40 qəpikdən -1.50 manata qədər, dəst 2.50 manat |
|
Qələmdan (çanta üçün) |
2 manat 40 qəpikdən 8 manata qədər |
|
Qələmdan masa üçün |
1.80 manat - 3.50 manat |
|
Rəngli karandaş (12 rəng) |
2.50 - 8 manat arası |
|
Flomaster (12 rəng) |
2-5 manat arası |
|
Boya (18 rəng) |
1.50 - 4 manat arası |
|
Palitra |
2.50-4 manat arası |
|
Fırça (1 ədəd) |
40 qəpikdən 1.80 manata qədər |
|
Fırça (dəst) |
3.50 manat - 11 manat |
|
Karandaşyonan |
60 q - 3 man |
|
Plastilin (12 rəng) |
1-10 manat |
|
Həndəsi fiqurlar |
6-8 manat |
|
Rəngli kağız (16 kağız, hər rəngdən 2 ədəd ) |
80 qəpik - 1.50 manat |
|
Albom |
60 qəpik - 2.50 manat |
|
Pozan |
30 q -1.20manat |
|
Adi karandaş |
10 qəpik - 40 qəpik |
|
Qalın karandaş |
50 qəpik |
|
Su qabları |
3-5 manat |
|
Termos |
3.50 - 10 manat |
|
Hesablama lövhəsi |
2.50 - 3.50 manat |
|
Qovluqlar |
40 qəpikdən 3.50 manata qədər |
|
Lövhə |
2.50 - 7 manat |
|
Yapışqan |
40 qəpik - 1.50 manat |
|
BTE-nin təqdim etdiyi məktəbli formalarının qiyməti:
I-VI siniflər |
VII-XI siniflər |
||||
Ölçü |
Qiymət |
Ölçü |
Qiymət |
||
26 |
50 manat |
46 |
59 manat |
||
28 |
50 manat |
48 |
59 manat |
||
30 |
50 manat |
50 |
59 manat |
||
32 |
50 manat |
52 |
59 manat |
||
34 |
50 manat |
54 |
59 manat |
||
36 |
50 manat |
||||
38 |
50 manat |
||||
40 |
50 manat |
||||
42 |
50 manat |
||||
44 |
50 manat |
||||
Formanın tərkibi:
I-VI siniflər üçün
Kostyum 37 manat + jilet 6 manat + köynək 7 manat
VI-XI siniflər üçün
Kostyum 46 manat + jilet 6 manat + köynək 7 manat
Milli.Az