Erməni hərbi birləşmələri iki istiqamətdə atəşkəsi pozub

27 Aprel 2011 10:32
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 26-da saat 21.00-dan 21.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Bu barədə məlumat Milli.Az xəbər portalına Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Saat 0.00-dan 10.10-dək isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.
 
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Milli.Az