Müğənni və aktrisa: "Baxın, gombul yox, toppuşam" - FOTO
27 Aprel 2011 20:59
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, populyar britaniyalı aktrisa və müğənni Kelli Osborn "Ulduzlarla rəqs" şousunda onun görünüşünü bəyənməyənləri anlmadağını deyib.
Son vaxtlar kökəlməsi və çəkisinin artması barədə deyilənləri heç bir əsası olmayan iddialar adlandıran müğənninin sözlərinə görə, belə iddialara fikir vermir.
"Baxın, gombul yox, toppuşam. Ona görə də məni izafi çəkili sayan adamlar ciddi yanlışlığa yol verirlər. Amma yenə də pəhriz saxladım. Bir qədər arıqlamağa başlayanda anladım ki, pəhrizlə idman insanın sağlamlığına necə yaxşı təsir edir. Əslində, pizza və pendiri sevirəm - bəlkə də buna görə toppuşam", - 26 yaşlı müğənni deyib.
Milli.Az



